Haftar ordusu xəstəxananı vurdu

Haftar ordusu xəstəxananı vurdu

Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr paytaxtda yerləşən Tripoli Mərkəzi Xəstəxanasının ətrafına raket zərbələri endirib.

Mediainfo.az xəbər verir ki, bu barədə hökumət qüvvələrinə bağlı “Qəzab vulkanı” əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində bəzi evlər və şəxsi avtomobillər yanıb.

Sosial şəbəkə hesabında açıqlama verən Liviya Səhiyyə Nazirliyinin mətbuat katibi Emin əl-Həşimi hücum zamanı aralarında qadın və uşaqların da olduğu 14 nəfərin xəsarət aldığını deyib.

Digər tərəfdən, Haftar ordusu hücum törətmədiklərini, hökumət qüvvələrinin öz nəzarətindəki yaşayış məntəqələrini atəşə tutduğunu iddia edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az