Rusiya FTX Moskvada terror aktının qarşısını alıb

Rusiya FTX Moskvada terror aktının qarşısını alıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) paytaxt Moskvada terror aktının qarşısının alınması ilə bağlı məlumat yayıb.

Mediainfo.az-ın verdiyi məlumata görə, Rusiya FTX Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə Moskvada insanların kütləvi toplaşdığı yerdə terror aktı törətməyi planlaşdıran terrorçu təşkilatın fəaliyyətinin qarşısını alıb.

Məlumatda terrorçunun saxlanılan zaman məhv edildiyi bildirilib.

Onun Moskva vilayətinin Ximki rayonunda yerləşən qarajda aşkarlandığı, saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına avtomatdan atəş açdığı qeyd olunub. Hadisə yerinə baxış keçirilən zaman terrorçudan AKS-74U avtomatı, güllə ilə dolu üç daraq, iki F1 və bir RQD-5 əl qumbaraları götürülüb.

Məlum olub ki, terrorçu Mərkəzi Asiya respublikalarından birinin vətəndaşıdır. O, Moskvada kirayə mənzildə yaşayıb. Onun qardaşının da Moskva vilayətində saxlanıldığı bildirilib. Terrorçunun kirayələdiyi evə baxış zamanı onun Suriyadakı beynəlxalq terrorçu təşkilatla əlaqəli olduğunu və Moskvada kütləvi şəkildə vətəndaşların güllələnməsinə hazırlaşdığını göstərən sübutlar aşkarlanıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az