Rusiya sərhədə qoşun yeridir

Rusiya sərhədə qoşun yeridir

Rusiya yeni silahlarını və əlavə döyüş kontingentini qərb sərhədlərinə yerləşdirəcək.

Mediainfo.az xəbər verir ki, bunu “İnterfaks”a açıqlamasında Rusiya Müdafiə Nazirliyinin inspektoru general-mayor Vladimir Boqatırev deyib.

O, bu addımın ABŞ-ın Polşa və Baltikyanı ölkələrdə əsgər yerləşdirməsinə cavab olduğunu bildirib.

Boqatırev Qərb Hərbi Dairəsi və Baltik donanmasının gücləndiriləcəyini deyib.

General-mayor Baltik donanmasının hipersionik silahlar, “Xəncər” aviasiya kompleksləri, “Peresvet” lazer döyüş kompleksləri və “Çirkon” raketləriylə təchiz ediləcəyini vurğulayıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az