Liviyada Rusiya istehsalı "Pantsir" məhv edilib

Liviyada Rusiya istehsalı "Pantsir"  məhv edilib

Liviya ordusu Vətiyyə hərbi bazasında olan Rusiya istehsalı "Pantsir" tipli hava hücumundan müdafiə sistemini məhv edib.

Mediainfo.az xəbər verir ki, Liviya ordusunun rəsmi sözçüsü Məhəmməd Qanuni strateji cəhətdən önəmli olan bazanın qiyamçı general Xəlifə Haftarın milislərindən geri almaq üçün əməliyyat keçirildiyini açıqlayıb.

Məlumata görə, 10 mindən çox hərbçi tutuma malik olan Vətiyyə bazasındakı zenit-raket kompleksi zərərsizləşdirilib.

NATO Baş katibi Yens Stoltenberq Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Sərraca zəng edərək ölkənin müdafiə təhülkəsizliyinin təmin olunmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az