Haftara qarşı 50 milyonluq məhkəmə iddiası

Haftara qarşı 50 milyonluq məhkəmə iddiası

Liviyanın şərqini nəzarət altında saxlayan Xəlifə Haftara bağlı hərbçilərin əməliyyatı zamanı yaxınlarını itirən ailələr qiyamçı generala qarşı 50 milyon dollar təzminat tələbi ilə ABŞ-da məhkəmə iddiası qaldırıb.

Mediainfo.az xatırladır ki, qiyamçı Haftar həm Liviya, həm də ABŞ vətəndaşı olduğu üçün ona qarşı Amerikada məhkəmə iddiası qaldırmaq tam qanunidir.

İddia 2016-cı ilin avqust və 2017-ci ilin mart ayları arasında Binqazinin Qanfuda məhəlləsində keçirilən əməliyyat zamanı yaxınlarını itirən iki ailə tərəfindən qaldırılıb.

Haftar məhkəməsiz ölüm əmri vermək və insanlığa qarşı cinayət işləmək, beynəlxalq hüququ pozmaqda ittiham edilir. İşə Virciniya federal məhkəməsində baxılacaq.

Qeyd edilir ki, Haftara qarşı məhz Virciniyada iddia qaldırılması xüsusi əhəmiyyətə malikdir. Çünki burada Haftarın 8,5 milyon dollarlıq mülkü var.

Hazırda ABŞ-da Xəlifə Haftara qarşı başqa liviyalıların da məhkəmə iddiaları var. Virciniyadakı məhkəmə prosesində iddia qaldıran ailələri ABŞ və İngiltərənin məşhur hüquqşünasları təmsil edir. Bu fakt Haftar üçün ciddi problemlər yarada bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az