Ermənistan ordusunun batalyonlarından birinin komandiri olan şəxsin “Nissan Patrol” markalı avtomobili məhv edilib

Ermənistan ordusunun batalyonlarından birinin komandiri olan şəxsin “Nissan Patrol” markalı avtomobili məhv edilib

Dünən Azərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun batalyonlarından birinin komandiri olan şəxsin “Nissan Patrol” markalı avtomobili yanıb.

Mediainfo.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, atəş Naxçıvan istiqamətində edilib.

Qəzet maşına atəşin DŞK-dan açıldığını və onun tam yanaraq kül olduğunu iddia edib.

Məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Şuşan Stepanyan təsdiq edib. O, bu cür atışmaların hər gün olduğunu və nəticədə hər iki tərəfin texnika itkisi yaşadığını bildirib.

Bununla belə o maşının batalyon komandirinə aid olmadığını deyib.

Stepanyan Naxçıvan istiqamətində situasiyanın stabil qaldığını söyləyib.

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinə sorğu verilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az