Haftar Türkiyə səfirliyi yaxınlığına raket atdı

Haftar Türkiyə səfirliyi yaxınlığına raket atdı

Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr paytaxt Tripolinin müxtəlif yaşayış məntəqələrinə raket zərbələri endirib.

Mediainfo.az xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, ölən şəxslərdən ikisi mühafizəçi olub. Məsələ ilə bağlı açıqlama verən Milli Razılıq Hökumətinin Xarici İşlər naziri Məhəmməd ət-Tahir Səyyalə raket zərbələrinin Türkiyə və İtaliya səfirlikləri yaxınlığındakı sahil yoluna düşdüyünü deyib.

XİN rəhbəri bu hücumun beynəlxalq qanunlara zidd olduğunu bildirib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az