Livanda toqquşma

Livanda toqquşma

Livanın paytaxtı Beyrutda etirazçılarla polis arasındakı toqquşmaların sayı artıb.

Mediainfo.az xəbər verir ki, bu məlumatı "İsraelinfo" saytı yayıb. Məlumata görə, etirazçılar polislə yanaşı bank bölmələrinə və mağazalara da hücum ediblər.

Cənubi Livanın Tir və Sayda şəhərlərində isə etirazçılarla hərbçilər arasında toqquşma yaşanıb. Buna səbəb ordunun yolu bağlamağa cəhd etməsi olub. Təkcə son bir gün ərzində ölkə ərazisində olan blokpostlarda yaralanan hərbçilərin sayı 54 nəfər təşkil edib. Bununla bərabər nümayişçilər arasında bir nəfər ölüb, onlarla adam yaralanıb.

Qeyd edək ki, etirazlar Livan lirəsinin devalvasiyası və koronavirus pandemiyası fonunda başlayıb. Ölkədə qiymətlər 55% artıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az