Metronun “Elmlər Akademiyası” stansiyası belə olacaq

Metronun “Elmlər Akademiyası” stansiyası belə olacaq

Metronun "Elmlər Akademiyası" stansiyasının genişləndirilməsi üzrə işlər davam etdirilir.

Oxumeni.az istinadən xəbər verir ki, Bakı Metropoliteni İdarəsindən layihə çərçivəsində dörd əlavə çıxışın inşa olunduğunu və onların müasir eskalatorlarla təchiz ediləcəyini bildiriblər. Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küçəsi), ikincisi Mətbuat prospektində, digər ikisi isə tikilməkdə olan kitabxana binasının yaxınlığında yerləşəcək. İnşaat işləri müasir standartlara uyğun aparılır. Metropolitendən bildiriblər ki, "Elmlər Akademiyası" stansiyasının dörd yeni giriş-çıxışının inşası bu ərazidə bir neçə ali təhsil müəssisəsi və dövlət idarələrinin yerləşməsindən irəli gələn sərnişin sıxlığı ilə bağlıdır. Metronun əlavə çıxışları 2015-ci ildə hazır olacaq.

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az