VİDEO:Xeyir-duasız qurulan azərbaycanlı ailənin dramı

VİDEO:Xeyir-duasız qurulan azərbaycanlı ailənin dramı
Həyat yoldaşının ona xəyanət etdiyini deyən gənc oğlan onun internetə yerləşdirdiyi çılpaq şəkillərini nümayiş etdirdi

Bu günlərdə redaksiyamıza taleyindən şikayətlənən əlil bir ata təşrif buyurdu. Xanəli Məmmədhüseynov adlı bu şəxs oğlunun xeyir-duasız ailə qurmağından və gəlinindən gileylənirdi. Ata danışarkən göz yaşlarını saxlaya bilmirdi.

Məsləyə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Xanəli Məmmədhüseynovun oğlu Yunisi redaksiyaya dəvət etdik. O, problemini danışmazdan əvvəl şikayət ərizəsini redaksiyaya təqdim etdi.

Bakı şəhəri Xətai rayonu

M.Hadı küçəsi ev 7,mənzil 13-də

yaşayan Məmmədhüseynov Yunis

Xanəli oğlu tərəfindən

Şikayət ərizəsi

Yazıb sizlərə bildirirəm ki, mən Məmmədhüseynov Yunis X.oğlu 28.02.2009-cu ildə Babayeva Fəxriyyə Taleh qızı ilə ailə həyatı qurmuşam. Babayeva Fəxriyə T. qızı məndən qabaq bir dəfə İsmayıllı rayonunda yaşayan Eldar adlı bir oğlanla ailə qurmuşdu. Fəxriyyə birinci ailəsi ilə özünü pis apardığına görə ayrılıblar. Biz tanış olanda Fəxriyə demişdi ki, şəhid ailəsiyəm, atam, anam yoxdur, yetiməm, məni bibim Ətrabə və əri Nəriman saxlayır. Mən də dedim ki, yetim almaq Allah tərəfindən savabdır.

Mən ailə quranda ailəmi öz atamın evinə gətirib yaşamışam. Fəxriyə birinci ailəsindən guya böyrəyi xəstə olduğuna görə ayrılıb. Sonradan barışıq olub. Analığı Ətrabə sonsuz və evdə tək olduğuna görə Fəxriyyə məndən Ətrabəgilə getməyimizi və onlarla birlikdə yaşamağımızı istədi. Fəxriyyə mənə bildirdi ki, şəhid ailəsi olduğuma görə ev mənim şəxsi evimdir, analığımın evi isə Balakən rayonundadır.

Mən yoldaşımla Novxanı qəsəbəsində yerləşən, Əlvan metal pansionatında yaşayan analığı Ətrabənin evində birlikdə yaşadım. Babayeva Ətrabə Ağdam rayonun Əhmədavar kəndində anadan olub, hazırda Balakən rayonunda pasport qeydiyyatındadır. Amma özünü qaçqın kimi qələmə verir, imkanı olduğuna görə Novxanı qəsəbəsində əlvan metal pansionatındakı evi Fəxriyyənin adına alıb, yaşayır. Onunla yaşadığımız ərəfələrdə nikahımızdan bir övladımız oldu. Fəxriyyənin analığı Ətrabə mənimlə yola getmədiyinə görə Fəxriyyəyə dəfələrlə demişdim ki, bu, sənin şəxsi evindir, analığının da şəxsi evi var, qoy getsin öz evində yaşasın. Cavabında isə Fəxriyyə mənə dedi ki, Ətrabə mənim böyüyümdür. Mən də dedim ki, sənin böyüyün analığın Ətrabə yox, indi mənəm. Bizim ailə işimizə analığın Ətrabə və sənin bacın qarışmasınlar. Fəxriyyəyə dəfələrlə demişəm ki şalvar geyinməsin. Kosmetikadan istifadə etməyini qadağan edəndə, analığı Ətrabə mənə deyirdi ki, mən alıram geyinsin, kosmetikadan istifadə etsin, alan mənəm, yaxşı edirik.

Ailəliyimizin ilk dövrü yaxşı olsa da, sonradan ailə münasibətlərimiz Fəxriyyənin özbaşınalığından, məni öz ailəsi kimi saymamağından pozuldu. Ailə söz-söhbətimizi öz analığına deyib, söz-söhbətlər yaradırdılar və məni öz evlərində dəfələrlə döydürürdülər. Bu döyülmək dəfələrlə baş verib. Mən dəfələrlə yaşadığımız evdən öz canımı götürüb, atamgilə döyülmüş vəziyyətdə qovlanmışam. Sonradan yoldaşımın analığı Babayeva Ətrabə atamgilə gəlib, səhvlərini başa düşüb, aramızda barışıq olub, məni evlərinə yaşamağa aparırdılar. Mənsə səhərlər işə, axşamlar da işdən evə gedirdim. Çox vaxt işdən evə gələndə yoldaşım Fəxriyyə evdə olmurdu. Analığı Ətrabədən soruşanda deyirdi ki, bibisi Nəsibəgildədir, ya da bacısı Gülnarə ləqəbi ilə tanınan Dilrubə ilə harasa gedib. Nəsibənin qızı Lamiyə dəfələrlə mənim iş yerimə gəlib demişdi ki, Fəxriyyənin danışdığı və gəzdiyi oğlan var, Fəxriyyə gəzir. Mənsə bibibsi qızı Lamiyənin dediklərinə inanmayıb, Lamiyəni acılayanda mənə dedi ki, vaxt gələr, sənə bunu sübut edərəm.

2011-ci ilin may ayında bibisi Nəsibənin böyük qızı Lamiyə mənim iş yerimə gəlib dedi ki, Yunis, Fəxriyyə bizə kiminsə maşınında gəlib gedir və mənə bir yazılmış kağız verdi. Verdiyi həmin o yazılmış kağız hələ də məndədir. Kağızda yazılmışdı:

""Yunis, necəsən? Mən dediyimi elədim. Mən dediklərim doğrudur. Sənə o heç yaraşmır. Gör o necə qudurubsa, səni Xəyyama, Bayrama, Bəhruza bənzədir. Sən onun üçün əziyyət çək, o da sənin əziyyətini qiymətləndirməsin. Sən ona pul ver uşağa xərcləsin, o da kontur alıb onunla-bununla danışsın. İnternetə girib nömrə götürüb oğlanlara zəng vurur. O mənə deyir ki, sən gözüyumulu mesaj yazırsan. Dünyanın ən axmaq qızı varsa, o da odur. Bizə gələndə bir oğlanla məzələnirdi. Deyirdim, sən evlisən, bir uşağın var, sənə yaraşmır. Mənə deyirdi ki, sən dilini sox qarnına, indidən belə heç kimə heç nə demirəm. O hər cür üz görmüş qızdır. Allah bilir, heç o da səndən deyil. Sən canın, oxuduqdan sonra cır at. Əlvida".

Yazdığı bu kağız indiyə kimi məndədir. Evə gələndə Fəxriyyəyə kağızda nə yazıldığını söylədim. Menə dedi ki, bizi ayırmaq üçün belə deyirlər. Sonradan Fəxriyyənin telefonuna yad zənglər, mesajlar gəlirdi. Evdə get-gedə söhbətlər artırdı. 16.08.2011-ci ildə ana-bala, yəni Ətrabə və Fəxriyə səhər öz atalığı Nərimanı qovlayıblar, axşam isə mən işdən gələndə məni də evdən təhqir edib, söyüb qovladılar .Buna baxmayaraq, Fəxriyyə mənim iş yerimə dəfələrlə arada gəlirdi və deyirdi ki, uşağın pampersi, yeməyi qurtarıb, almağa pulum isə yoxdur, pul ver alım. Mən də pul verirdim ki, uşaq üçün yemək alsın. Mən Fəxriyyə ilə danışa-danışa, Fəxriyyənin əl telefonuna Elnur adlı adamdan zəng gəldi. Amma Fəxriyyə otboy verdi. Elnur zəng edəndə Fəxriyyənin telefonu iş yerimdə stolumun üstündə idi və Elnur zəng edəndə nömrəsini gördum. Sonradan Elnurdan Fəxriyyəyə mesaj gəldi. Nə qədər soruşsam da, cavab vermədi. Telefonu Fəxriyyədən almaq istəyəndə mənə vermədi. Sabahısı gün mən Fəxriyyəyə zəng edəndə ikinci zəngə düşdüm və həmin vaxt Elnurun telefon nömrəsinə gizli zəng elədim. Gördüm ki, onda da ikinci zəngə düşdüm. Sonradan Fəxriyyəyə zəng edib onu acıladım. Az sonra Elnur mənə zəng edib dedi ki, adam ailəsini acılamaz. Mən də cavab verdim ki, mənə pozğun ailə lazım deyil, o, mənim ailəm deyil. Analığı Ətrabəyə zəng edib "sənin qızın başqa oğlanlarla telefonla danışır" deyəndə mənə cavab verdi ki, qızım mənə deyib ki, sən qocalmısan, mən cavanam, mənim sevişən vaxtımdır, sevişmək istəyirəm.

2011-ci ilin dekabr ayının ortalarında Fəxriyyə mənim iş yerimə gəlib öz lüt, çılpaq şəkillərini gətirib göstərdi və dedi: "Mən bu şəkilləri internetə verib özümə oğlan axtarıram". Sonra da dedi ki, istəyirsənsə sənə də çəkdiyim şəkillərimi köçürdüm və mənim telefonuma köçürtdü. Onlara getdim. Məsələni onlara danışanda bibisi Nəsibə də onlarda idi. Analığı və Nəsibəyə dedim ki, Elnur kimdir? Heç biri Elnuru guya tanımadılar. Nəsibəyə də dedim ki, sənin qızın Lamiyə mənə kağız verib ki, Fəxriyə gəzir. Nəsibə məni yalançı çıxartdı. Dedi ki, mənim qızım belə iş görməz, mən ziyalı ailədənəm, adım-sanım var, özüm də müxbir vəzifəsində çalışıram. Əslinə qalsa, Nəsibə heç bir yerdə müxbir vəzifəsində çalışmır. Müxbir vəzifəsindən istifadə edir, hədə-qorxu gəlir, amma özü isə evlər arası paltar alveri edir. Dedim ki, əgər zərrə qədər mənə qarşı şübhən varsa, ver ekspertizaya, kağızı qoy onlar da sübut etsin. Bu kağızı mənə sənin qızın Lamiyə yazıb. Nəsibə mənimlə söyüşlə danışıb, orda da əl-qol atdı. Mən onlara sübut etdim ki, Fəxriyyə həqiqətən də oğlanlarla gəzir. Mənə belə şərəfsiz ailə, gəzən ailə lazım deyil.

Sonradan mən bir qızla tanış oldum. Onunla Sumqayıt şəhərində kirayə tutub bir evdə yaşamağa başladıq. 30.01.2012-ci ildə Fəxriyyə öz bacısı, Gülnar ləqəbi ilə tanınan Dilrubə ilə məni güdüb kirayə tutduğum evə gəlib məni təzə ailəmlə gördülər. Guya mən kiminləsə gəzirəm deyə başladılar qonşuların yanında qışqıra-qışqıra söyüşlə danışmağa. İki bacı mən yaşadığım mənzilə zorla girib, evi alt-üst elədilər, evdə peç yanırdı, peçi atdılar evdəki xalçanın üstünə, xalçanın müəyyən hissəsi yandı və bu az olmuş kimi zəng etdilər, bibisi Tünzalə və analığı Ətrabə də gəldilər. Mənin yaşadığım mənzilə girib məni söyüb, vurdular. Mən də məcburiyyət qarşında olub, yorğan-döşəkdə yatan, sol tərəfli iflic olan, ikinci qrup əlil xəstə atama zəng edib, başıma gələnləri ona danışdım. Atam da gəldi. Analığı Ətrabə mənə qışqıra-qışqıra dedi ki, səni pulumla öldürdəcəm, sən şəhid ailəsinin qızını atmısan, başqa qızla ailə qurmusan. Mən də dedim ki, atası şəhid olub ki, qızı azad gəzib, ailəsinə xəyanət edib, öz lüt, çılpaq şəkillərini çəkib internetə versin? Dedim ki, sən adamlara verdiyin sələmlə, yəni faizlə verdiyin pullarla məni öldürəcəksən? O biri bibisi Nəsibə isə 102 DİN təcili polis növbətçisinə zəng etdi. Az sonra polis əməkdaşları bizə gəldilər. Polis əməkdaşları 1 saata qədər bibisi Nəsibəni gözlədilər, gəlmədi. Polis əməkdaşları bizi Sumqayıt şəhəri 3 saylı polis bölməsinə apardılar. Polis bölməsində mənim günahsız olduğum sübut olundu.

01.02.2012-ci il tarixində səhər Fəxriyyə ögey anası Ətrabə və bibisi Nəsibə ilə planlı şəkildə Bakıda yaşayan evdəkilərimin üstünə hücum çəkib. Guya Fəxriyyə duz yoldadır, mənsə əyri yoldayam. Dava-dalaş salmış, qışqıra-qışqıra söyüşlə danışmışdılar. Evdəkilərimin yaşayış tərzini pozmuşdular. Mən də həmin gün, 01.02.2012-ci ildə axşam saat təxminən 21-22 radələrində işdən çıxanda Fəxriyyə bibisi Nəsibə ilə qəflətən mənə hücum edib vurdular. Bibisi Nəsibə mənə dedi ki, kimdir gəzən? Məndə dedim ki, Fəxriyyə gəzir, öz lüt, çılpaq şəkillərini çəkib internetə verir ki, özünə oğlanlar axtarır, qardaşın qızını təmizliyə çıxartma. Onun gəzdiyini bilən bilir. Sonradan analığı Ətrabə də gəldi məni vurmağa. Mən dərhal 102-yə zəng edib, məlumat verdim. Az sonra Sumqayıt polis əməkdaşları gəlib məni bölməyə apardılar. Sonra mənə polis bölməsindən ekspertizaya müayinəyə göndəriş kağızı verdilər. Məni ekspertizada da düzgün müayinə etmədilər. Mən bölmədə təhqiqatçı polisə yazılı bildirdim ki, məni ekspertizada düzgün müayinə etmədilər. Sonra dedim ki, uzun illər analığı Babayeva Ətrabəylə Nəriman Həsən oğlu ər-arvad kimi yaşayıblar, Nəriman daha yaxşı, ətraflı bilir.

Mənim yay, qış geyim paltarlarım və inşaat ləvazimatlarım, məişət əşyalarım Fəxriyyənin analığı Babayeva Ətrabənin yaşadığı evdədir. Onların mənə verilməyinə kömək etməyinizi sizlərdən çox xahiş edirəm.

Məmmədhüseynov Yunis Xanəli oğlu

04.02.2012-ci-il

Qeyd: Qarşı tərəfin fikrini dinləməyə hazırıq.

Mehriban Bəylərqızı

O.M.


Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az