Bacı qardaşını dələduzluqda günahlandırıb

Bacı qardaşını dələduzluqda günahlandırıb

Bu günlərdə Mediainfo.az saytın poçt adresinə Rzayeva Fəridə Meyli qızı tərəfindən şikayət məktubu daxil olub.

Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi, Ə.Gülbabayev küç ev 18, mən 35-də yaşayan Rzayeva Fəridə Meyli qızı. Mən doğma qardaşım Ələmov Rahim Meyli oğlu tərəfindən dələduzluğa məruz qalmışam. Yoldaşım Rzayev İltifat Qüdrət oğlu 2012-ci ildə vəfat etmişdir. 2013-cü ildə qardaşım yoldaşımdan qalan mənzili mənim adıma özəlləşdirməsinə köməklik göstərəcəyini bildirmişdir. Öz dəsti-xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizəsinə məni aldadaraq savadsızlığımdan, yaşlılığımdan sui-istifadə edərək əsl imzamı atdırmışdır. Övladlarımın adından öz dəsti-xətti ilə yazdığı icarə kirayə müqaviləsi ərizələrinə saxta imzalar göstərməklə 45 saylı Notariat kontorunun rəisi Tofiq Şükürov Gülabbas oğlu ilə əlbir olub təsdiqlətdirmişdir. Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Departamenti ilə iş birliyi quraraq məndən xəbərsiz adıma gizli yolla saxtakarlıqla bağladığı müqaviləni özündə saxlayıb məndən gizlədir. Özəlləşmə ərizələrini bir kənara qoyaraq çirkin niyyətinə nail olmuşdur. Adıma aldığı Sərəncamda mənim adıma yeni şəxsi maliyyə hesabı açdırmışdır. Mənzilimi dövlətə satıb və yaxud girov qoyub, müqavilə məndə olmadığından tam məlumatım yoxdur. Bu məsələdə qardaşım Ələmov Rahim Meyli oğluna doğma qardaşlarım Ələmov Yusif Meyli oğlu, Ələmov Akif Meyli oğlu, Ələmov Rövşən Meyli oğlu və doğma bacım İbadova Kamilə Meyli qızı yaxından köməklik göstərmişdilər. 119 saylı keçmiş jek müdiri hal-hazırda müdir müavini Vidadi Əliyev köməklik etmişdir. 3 nömrəli Asan Xidmətin Reyestr Şöbəsində çalışan gənc qız qardaşım Ələmov Rahim Meyli oğlu ilə əlbir olaraq Dövlət Mülkiyyətli Çıxarışı mənə Xüsüsi Mülkiyyət Çıxarışı kimi təqdim etmişdir. Mənim savadsızlığımdan sui-istifadə etmişdilər. Dövlət müəssisəsi olduğundan və doğma qardaşım olduğundan məni aldatmalarını başa düşməmişəm. 2018-ci ildə mənzilimi satarkən bu məsələnin üstü açılmışdır, aidiyyatı üzrə bütün qurumlara müraciət etmişəm. Saxta icarə kirayə müqaviləsi ərizələri təqdim etmişəm, hələ də bu günə qədər saxta ərizələri ekspertizaya göndərməyiblər. Cinayəti ört-bastır edirlər. Qaradağ rayon Məhkəməsində övladlarım saxta ərizələrin ekspertiziyasını tələb etdi. Hakim Gülnar Əhmədova vəkilimiz Qulamov Ceyhun Oktay oğlu ilə əlbir olaraq iddianı dəyişdilər, saxta ərizələrin yerinə ekspertizaya notariatın qeydiyyat kitabını göndərdilər. Biz bu ədalətsizliyi görüb məhkəməni dayandırdıq. 3 Məhkəmə keçmişəm, ədalətsizlik olub, saxta ərizələr ekspertiza olunmayıb, ədalətsiz qərarlar verilib. Mən yenə də narazı qalmışam. Hal-hazırda iddiamı Plenium Məhkəməsinə vermişəm, artıq 11aydır iddiam Sədr Ramiz Rzayevdən gizlədilir. Mülki işimə baxılmır.

Sizdən artıq dərəcədə xahiş edirəm, müqavilə aşkara çıxarılsın, bu məsələ ciddi araşdırılsın, saxta yollarla mənim adımdan dövlətdən mənimsənilən Maliyyə Dövlətə qaytarılsın və mənim Mülküm qanuni şəkildə özümə qaytarılsın. Mənə məlum oldu ki, qardaşlarım Rahim, Akif, Yusif, Rövşən və bacım Kamilə mənim mənzilimin üzərində saxtakarlıqla, dələduzluqla qanunsuz mənim və övladlarımın razılığı olmadan dövlətdən saxta yollarla mənim adımdan maliyyə mənimsəyiblər. Sahibkarlıqla məşğuldurlar və əlbirdilər. Bu saxta yollarla qurulan sahibkarlığa son qoyulsun və ləğv olunsun. Sərəmcam Dövlət Mülkiyyətli Çıxarış icarə kirayə müqaviləsi ləğv olunsun. Məhkəmə qaydasında mənə dəymiş maddi, mənəvi ziyan ödənilsin, mülküm qanuni şəkildə özümə qaytarılsın. Bizim ailəvi olaraq tələbimiz budur. Pozulmuş hüquqlarımız bərpa olunsun. Bu insanlar cinayətlərni ört-basdır etməkdən ötrü övladlarımı və məni şərləməklə hədələyirlər. Dövlətimizə güvənirik, müdafiəmizə qalxmasını istəyirik, əgər bizə məhkəmələrdən və yaxud aidiyyatı qurumlar tərəfindən rəsmi cavab verilərsə, qəbul edəriksə, imzamızla təsdiqləyib qəbul edərik.

Qeyd: Xahiş edirik bu şikayətimizi Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova, Ədliyə Naziri Cənab Fikrət Məmmədova, Baş prokuror Cənab Zakir Qaralova, Ali Məhkəmənin Sədri Cənab Ramiz Rzayevin diqqətlərinə çatdırılsın. Bizim ailəyə köməklik olunsun.

Məsələ ilə bağlı Mediainfo.az saytı olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az