“Ata-anasız olsaq da..”

“Ata-anasız olsaq da..”

Yolumuz Hz. Muhammed (s.a.v), Hz Əli(ə.s) yoludur. Bismillah deyib işə başladıq. Məqsəd seçmişdik ki, biz bunu edək. Cəmiyyətin heç də yaxşıya addımlamadığı bir zamanda kimsəsiz körpələrin kimsəsi olaq deyə… Hörmətli oxucu! Bununla özümüzü reklam etmək deyil, sizin bunu reklam olaraq qəbul etməyinizi istəmədiyimizi deməkdir. O kəslər ki yarıya kimi su ilə dolu olan stəkanı yarıya kimi boş adlandırır, o kəslər ki bizim kimsəsiz uşaqların başlarına çəkdiyimiz hər sığalı rişxənd eləyir, onlara haqq yolunu göstərmək idi niyyətimiz. Bütün gizlinlikləri bilsə də, özünün gizli aləmi ilə heç kəsi tanış etməyən Allah tanıyır bizi. İlk dəfə getdiyimiz uşaq evində uşaqların beynində olan həsrətə şərik olduğumuz kimi bu dəfə də məqsədimiz dəyişilməz idi.

Cibləri dolu olan çox milyonçunun yer və yurdundan xəbərsiz olduğu məkana üz tutduq. Mən də bir gənc kimi belə bir məkanın olmağına çox üzülürəm. Belə bir ölkədə bu cür uşaqlar niyə kimsəsiz qalmali?! Bizə rişxənd edən dillər, xəbərdarsınızmı o ürəklərdən?! Xeyr, niyə də olasınız… Kefi-damağınızda olun hələ. Unutmayın, həyat insanı maddiyyatla ucaltmır əsla! XXI əsrin körpəsi, hələ həyatı dərk etməyən azyaşlı uşaq – hansı ki, corabla yaş asfaltın üzərində topla oynayırdı, həyatdan almalı olduğumuz dərsləri onlar çoxdan almışlar. Onların süfrə başında deyib gülməkləri, müğənniləri görüncə bütün dərdi-sərlərini unudub doyunca oynamaqları, bəh-bəh deyib gülməkləri heç vaxt göz önümdən getməz. Bizim körpəlikdə adi baxdığımız və hətta oyunun yarısında bezib yarıda qoyduğumuz oyunu onların necə can ataraq təkrarən oynaması bütün könülləri titrətdi. Belə bir söz var, Hz.Əli(ə.s)nin zülfüqarı heç bir döyüşdən məğlub qayıtmadı, titrəmədi, amma bir yetimi gördükdə bütün vücudu titrəyirdi.

"Yetimlərə sahib çıxın" deyə buyurmadımı Allah?! Heç də cibi dolu olmayan, bəlkə də sıradan biri olan insanlar daha çox can atdı bizə qoşulmağa. Peyğəmbərə qonşu olmaq üçün neçə gənc can atdı həmin gün. Axı Peyğəmbər (s.a.v) çox sevərdi körpələri. Peyğəmbərimizin sevdiyini sevmək bizim üstümüzdə haqq deyilmi məgər?!

Sonda, bu tədbirdə əməyi keçən hər bir kəsə, xüsusən də Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinə, Avropa radiosuna, "Ankara" tibb mərkəzinin həkim kollektivinə və Sizə minnətdarlığımı bildirirəm.

Elmar Eminli

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az