Vərəm xəstəsi hərbi hissədə aşpazlıq edir

Vərəm xəstəsi hərbi hissədə aşpazlıq edir

"Bağırsaq xorası, onurğa və burun əyriliyindən əziyyət çəkən böyük oğlum əsgər aparılıb. Vərəm xəstəsi olan digər oğlum isə hərbi hissədə aşpazlıq edir". Bunu mətbuata açıqlamasında Astara rayonu Miki kəndinin sakini Adil Şəfəqqətov deyib. Onun sözlərinə görə, ayrı-ayrı xəstəlikdən əziyyət çəkən 3 övladı 10 il hərbi xidmətdən saxlanılsa da, bu ilin yanvar ayında onların xəstəlikləri nəzərə alınmayıb. Hər üçü cəbhə xəttinə göndərilib. Adil Şəfəqqətov: "29 yaşlı oğlum İlham hələ 10 il əvvəl Hərbi Komissarlığın komissiyası tərəfindən orduda xidmətə yararsız hesab olunub və hərbi bilet alıb. Hər üç ildən bir onu təkrarən komissiyaya çağırırdılar, həkimlər orduya yararsız olduğunu təsdiq edirdilər. Bu ilin yanvarında oğlum Səfərbərlik və Çağırış Xidməti tərəfindən yenidən komissiyaya çağırıldı. Bu dəfə "qeyri-sıravi hərbi qulluğa yararlı" hesab olundu və hərbi hissələrdən birinə aşpaz olaraq xidmətə göndərildi. Yanvarın sonlarından bu günə qədər, yəni xidmət etdiyi dörd ay ərzində o, ümumilikdə 3 ayı hərbi hospitallarda keçirib. Onikibarmaq bağırsağın xorasından, onurğa əyriliyindən, burun çəpərinin əyriliyindən əziyyət çəkir. Bununla belə, onu nədənsə Tərtər rayonuna göndəriblər və bir neçə gün orada xidmət etdikdən sonra Gəncə hospitalına düşüb. Bütün bu xəstəliklər toplusu onun komissiyadan keçirilməsi üçün əsas verir".

Adil Şəfəqqətov bildirib ki, İlhamla birlikdə onun digər oğlanları - 24 yaşlı Faiq və 20 yaşlı Elnur da xidmətə çağırılıb və hər ikisi Tərtər rayonunda xidmət edir: "Elnur ürək və böyrək çatışmazlığından əziyyət çəkir, Faiq isə vərəm xəstəsidir, Astara və Lənkəran vərəm dispanserlərində qeydiyyatdadır.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az