"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub.

Mediainfo.az xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:

"Vüqarın yanında "ana" sözü deyəndə, gözündən yaş axırdı. Vüqar evlənmədi, deyirdi anam qol qaldırıb oynamayacaqsa, elçi getməyəcəksə, başında xonça gəzdirməyəcəksə, o toyu nə edirəm? Anası 50 illik yubileyi günü insult keçirdi. Vüqarın belini anasının dərdi bükdü. Deyirdi, iki dünya bir araya gələ, Allah mənə ana dərdi göstərməsin. Anasına dözə bilmədi".

Samirə bildirib ki, Vüqarın ölüm səbəbi ilə bağlı araşdırma aparır:

"O, öləndə biz danışmırdıq. Niyə rəhmətə getdiyinin səbəbini bilmirəm. Dedilər qanqrenadır. Buna inanmıram, inanmayacam. Əlimdə iş var, kitab ərsəyə gəlsin. Sonra mənəviyyat borcumu şərəflə ödəyəcəm. İddia qaldıracam, araşdırılması üçün müraciət edəcəm. Lazım gəlsə, ekspertiza tələb edəcəm. Buna görə mənə kimsə mane ola bilməz. Hazırda mən də hər kəs kimi qanqrenadan öldüyünü düşünürəm".

"Vüqarın şanına yaraşmayan qadınlar qəbiristanlıqda hoqqa verir. Biri gedib qırmızı şalvarda şəkil çəkdirir, digəri reytuzla qəbirüstədir. Tatujla qaşıyla gedir onun qəbri ilə foto qoyur" deyə, Samirə gileylənib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az