“Location”dakı partlayışda xəsarət alanlardan biri seneqallı qadındır

“Location”dakı partlayışda xəsarət alanlardan biri seneqallı qadındır

“Location” gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır. Bunlardan biri italiyalı Vikili Valeri, digəri isə seneqallıdır. Partlayışdan sonra yaralılarla bağlı siyahıda Seneqal vətəndaşının adı qeyd olunmamışdı.

Mediainfo.az xəbər verir ki, “Qafqazinfo” onun kimliyi barədə bəzi məlumatları əldə edib.

Məlumata görə, gecə klubunda baş verən partlayışda ağır xəsarət alan qadının adı Sameeradır. O, sözügedən klubda rəqqasə kimi fəaliyyət göstərirmiş. Bundan başqa, afrikalı qadın model kimi də çalışıb. Sameera hətta müğənnilərdən birinin klipinə də çəkilib.

Qeyd edək ki, Seneqal vətəndaşı partlayışdan sonra Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Pay

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az