Eyni məkanda yer alan və bir-biri ilə küslü olan müğənnilər

Eyni məkanda yer alan və bir-biri ilə küslü olan müğənnilər

Aparıcı Afaq Gəncəlinin qardaşının toy məclisində bir çox maraqlı anlar yaşanıb.

Mediainfo axşam.az-a istinadən bildirir ki, şou-biznesin tanınmış simalarının yer aldığı gecədə bir çox küsülü müğənni də üz-üzə gəliblər.

Toyun ən diqqətçəkən simaları Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan olub. Bir-birindən uzaq masalarda əyləşdirilən ifaçılar dostlarını başına yığaraq əyləniblər.

Röya dostları Əməkdar artist Miri Yusif, müğənni Zamiq Hüseynov, stilist Elnur Həsənov, aktyor Elşən Orucovla eyni masada oturub, əylənib.

Kazımova isə müğənni Rəhim Rəhimli, şair Calal Qurbanovla başqa bir masada əyləşib. Məclisdə Rəhimlə Röyanın da soyuq münasibəti diqqətdən qaçmayıb.

Röyanın yan masasında isə küsülü olduğu Nigar Camal əyləşib.

Gecədə eyni zamanda aralarında soyuq savaş davam edən meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Roza Zərgərli də yer alıb.

Xalq artisti Faiq Ağayev də küsülü olduğu Əməkdar artist Tünzalə Ağayeva ilə sözügedən gecədə üz-üzə gəlib. Tünzalə ilə A.Kazımovanın da küsülü olduğu hər kəsə bəllidir.

Mediainfo

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az