Müğənni Xatirə İslam "Maşın" şouda udduğu avtomobilin aqibətindən danışıb.

Müğənni Xatirə İslam "Maşın" şouda udduğu avtomobilin aqibətindən danışıb.

Mediainfo.az oxu.az-a istinadən xəbər verir ki, Xatirə bu barədə "Xəzər" TV-də yayımlanan "5/5" proqramında qonaq olan zamanı söz açıb.

Verilişdə qardaşı Turaldan bəhs edən Xatirə İslam "Maşın" şouda udduğu avtomobili ona hədiyyə etdiyini bildirib.

"Tural özü oxuyub. Onun yerinə mən oxumamışam. "Maşın" şouda udduğum avtomobili qardaşım Turala hədiyyə etmişəm. Özüm isə "Mersedes Viana"nı sürürəm".

Qeyd edək ki, 2017-ci ildə keçirilən "Maşın" şounun finalına çıxan üç iştirakçı - müğənni Xatirə İslam, Samir Cavadzadə və meyxanaçı Rəşad Dağlı 47 saat yatmadan maşın ətrafında dayanıb.

Əlini avtomobildən ilk çəkən Samir Cavadzadə olub. Müğənninin şouda səhhəti pisləşərək xəstəxanaya düşüb. Daha sonra iştirakçılar həkim müayinəsindən keçib və Rəşad Dağlının səhhətinin pis olduğu bildirilib. Beləliklə, "Maşın"ın qalibi Xatirə İslam olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:

(077) 767 06 66

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az