Ağdamda Rəmişin 75 illik yubileyi qeyd olunub

Ağdamda Rəmişin 75 illik yubileyi qeyd olunub

Ağdamın Quzanlı qəsəbəsində yerləşən Muğam Mərkəzində məşhur gitara ustası, Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) 75 illik yubileyi qeyd edilib.

Mediainfo.az-ın Qarabağ bürosunun xəbərinə görə, yubiley tədbiri Xalq artisti Mənsum İbrahimovun təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Yubiley mərasimində rayon ictimaiyyəti, ziyalılar, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə Rafiq Hüseynovun həyat və yaradıcılığı barədə məlumat verilib.

Yubiley tədbirində Xalq artisti Mənsum İbrahimov, xanəndələr Təyyar Bayramov, Cabir Abdullayev, Elnur Zeynalov və digərlərinin, habelə "Şur" və "Qarabağ" instrumental ansambllarının ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az