Aygün Bəylərdən irad :Özlərini cəmiyyət içində apara bilmirlər

Aygün Bəylərdən   irad :Özlərini cəmiyyət içində apara bilmirlər

"İndiki cavanlar arasında istedadlıları var. Amma onlar musiqidən çox başqa məqsədlə bu sənəti seçirlər. Bəlkə insanlar çox kasıbçılıq çəkdi. Ona görə belə edirlər".

Oxuməni.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Günün sədası" proqramında deyib. Məsələ ilə bağlı axşam.az-ın yazdığına görə, müğənni gənc ifaçıları tənqid edib:

"Mən də kasıbçılıqla kənddə böyümüşəm. Amma gedib qonşuda pianoda musiqi ifa edirdim. Övladım isə musiqi məktəbinə getdi. Çox gözəl oxuyur. Ancaq dedi ki, ana, bu istedad ailədə bir nəfərdə olar, o da səndədir. Musiqiyə çörək kimi baxmadı. Baxmaq olar, buna sözüm yoxdur. O halda ki, onu kiməsə öyrədirsən. Onun duası olmalıdır.

Pul deyən kimi, musiqi haşiyəsindən kənara çıxırlar. Özlərini cəmiyyət içində apara bilmirlər. Bəlkə yaşa dolduqca düzələcəklər".

Oxuməni.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.04.16

2021.04.15

2021.04.14

2021.04.13

2021.04.12

2021.04.11

2021.04.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az