Faiq Brilliantın cavabını verdi: Kişi kimi söyüş söyən qadın cavabını da almalıdır...

Faiq Brilliantın cavabını verdi: Kişi kimi söyüş söyən qadın cavabını da almalıdır...

"Bir çox restoranların işçiləri var. Onların qarşısında söyüş söyən olub. Heç vaxt kişiyə belə söyüşlə müraciət etmərəm. İradım varsa, kübarcasına bildirərəm. Söyüşdən yeddi qat pis təsir bağaşlayar".

Oxuməni.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" proqramında deyib. Müğənni ad çəkmədən həmkarı Brilliant Dadaşova ilə aralarında yaşanan qalmaqaldan bəhs edib. Faiq aparıcı Ruslan Ağayevin "Həmkarlarınızdan biri deyib ki, onun əzizlərini, ailəsini təhqir etmisiz" sözlərinə belə reaksiya verib:

"O insan söyüşün birini bir qəpikdən deyirsə, məcbur qalırsan. Qadın ən tərbiyəsiz küçə adamı, kişi kimi söyüş söyürsə, məcbur qalıb cavab verirsən. O hadisə 1998-ci ildə 27 yaşımda olub. İndi 49 yaşım var, etməzdim. Tüpürüb gedərdim. Küsülülüyün səbəbi o və qısqanclıq olub. Deyib ki, necə olur, mənim bütöv toyu apardığım qiymətə bu adam yarım saata gəlir. Ondan iki il əvvəl səhnədəyəm, necə ola bilər?".

Qeyd edək ki, B.Dadaşova dəfələrlə açıqlamasında F.Ağayevin onun valideynlərini təhqir etdiyini söyləyib.

Oxuməni.az videogörüntüləri təqdim edir:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az