Təbii fəlakət Gürcüstanda ciddi problemlər yaradıb

Təbii fəlakət Gürcüstanda ciddi problemlər yaradıb

Təbii fəlakət Gürcüstanda ciddi problemlər yaradıb. Güclü leysan yağışları nəticəsində Raça bölgəsində Rioni çayı məcrasından çıxıb. Oni bələdiyyəsinin ərazisində 12 kəndlə əlaqə tam kəsilib.

Rioni çayının daşması səbəbindən 10 körpünü sel aparıb, torpaq sürüşməsi olub, bir neçə ev, eləcə də yollar və elektrik xətləri dağılıb, kənd təsərrüfatına ciddi ziyan dəyib.

Bir neçə kəndin ərazisini su basıb.

Güclü külək və leysan yağışları Kutaisidə də ciddi fəsadlar törədib. Şəhərin bir neçə küçəsi sel suların altında qalıb, evlərin birinci mərtəbələri və zirzəmilərə su dolub.

Təbii fəlakət azərbaycanlılar yaşayan bölgələrdən də yan keçməyib. Marneuli və Bolnisi rayonları ərazisində güclü külək bəzi evlərin dam örtüyünü dağıdıb.

Gürcüstan Baş Nazirinin tapşırığına əsasən hökumət nümayəndə heyəti təbii fəlakətin ciddi ziyan vurduğu ərazilərə gedib və həmin ərazilərdə xilasetmə və bərpa işləri həyata keçirilir.

Sel sularının əhatəsində qalan kəndlərdən əhalinin təxliyəsi həyata keçirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az