Ölkəmizdə koronaya yoluxma sayı belə azaldı

Ölkəmizdə koronaya yoluxma sayı belə azaldı

Son bir həftədə Azərbaycanda COVID-19-a gündəlik yoluxma sayında azalma müşahidə olunur.

Mediainfo.az xəbər verir ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi infoqrafika yayıb.

Qeyd olunub ki, avqustun 3-də qeydə alınan yoluxma sayı 241 olubsa, avqustun 9-da bu rəqəm 87-yə düşüb.

Xatırladaq ki, bu gün üçün ölkədə 2 714 aktiv koronavirus xəstəsi var.

Bu günə qədər isə koronavirusa yoluxanların sayı 33 568 nəfər təşkil edib ki, onlardan 30 364 nəfəri artıq sağalıb. Ümumilikdə, 490 nəfər dünyasını dəyişib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az