2020 Azərbaycan üçün tarixi il olacaq

2020 Azərbaycan üçün tarixi il olacaq

Koronavirus pandemiyası bir çox ölkələri öz daxilinə qapanmağa vadar edib. Ölkələr faktiki olaraq bir-birinə məsafəli yanaşır. Belə bir zamanda Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirməsi misilsiz bir addımdır.

Bu sözləri Mediainfo.az-a açıqlamasında politoloq Qabil Hüseynli mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşünü şərh edərkən deyib. O bildirib ki, videokonfrans vasitəsilə baş tutan bu görüş çox önəmli idi:

“Beynəlxalq təşkilatlara münasibətdə Azərbaycan kifayət qədər təcrübəyə sahibdir. Təsadüfi deyil ki, ölkəmiz bu gün eyni anda bir neçə təşkilata sədrlik edir. Bu, heç də asan bir iş deyil. Lakin ölkə başçımızın genişmiqyaslı siyasi fəaliyyəti nəticəsində Azərbaycan bu missiyanın öhdəsindən yüksək səviyyədə gəlir ”.

Q.Hüseynli bildirib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çox uğurludur:

“Qoşulmama Hərəkatı BMT-dən sonra ən nüfuzlu təşkilat sayılır. Çünki 100-dən artıq ölkəni özündə birləşdirir. Belə bir təşkilata sədrlik etmək isə çox məsuliyyətli missiyadır. Xüsusilə də Azərbaycanın sədrlik müddəti bundan öncəki ölkələrə nisbətən daha önəmlidir. Çünki hazırda dünyada koronavirus pandemiyası hökm sürür. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi də məhz belə bir çətin dövrə təsadüf edib. Buna baxmayaraq, ölkəmiz Prezident İlham Əliyevin təşəbüsü ilə öhdəsinə düşən bu ağır vəzifəni ləyaqətlə icra edə bilir.

Zirvə görüşünün “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda keçirilməsi, əslində, müstəsna bir addım idi. Ölkə başçısı bu təşəbbüslə istər ölkəmizin sədr kimi uğurlu fəaliyyətini, istərsə də dünya arenasında siyasi nüfuzunu bir daha göstərmiş oldu”.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan müharibə şəraitində olmasına baxmayaraq, Qoşulmama Hərəkatı kimi bir təşkilata həm üzvdür, həm də sədr:

“Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması özlüyündə çox böyük bir məna kəsb edir. Çünki ölkəmiz bu gün faktiki işğala məruz qalan, müharibə şəraitindədir. Buna baxmayaraq, Azərbaycan Qoşulmama təşkilatının ən aktiv üzvüdür”.

Politoloq bildirib ki, pandemiyadan sonra Dağlıq Qarabağ məsələsində daha geniş arealda Bakının dəstəkləndiyini müşahidə edəcəyik:

“Çünki dünya Azərbaycanın pandemiya ilə mübarizədə mövqeyini və dünya ölkələrinə münasibətini gördü. Bu addımlar 2020-ci ili “Azərbaycan diplomatiyasının ili” kimi tarixə yazacaq”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az