Elektron vizanın verilməsinə dair yeni prosedur

Elektron vizanın verilməsinə dair yeni prosedur

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə dəyişiklik edilib.

Mediainfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli fərmanı “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib, elektron viza birdəfəlik və çoxdəfəlik elektron vizalara bölünüb.
Belə ki, birdəfəlik və çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində verilir. “Turizm haqqında” qanuna və Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, bu prosedur qanunvericilikdə əksini tapacaq.
Eyni zamanda, Miqrasiya Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.
Qanun layihələri III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az