Rusiyadan 20 fevral üçün İrəvana 30 milyon göndərildi

Rusiyadan 20 fevral üçün İrəvana 30 milyon göndərildi

20 fevral Ermənistanda keçiriləcək ümumxalq mitinqləri öncəsi Paşinyan ilə Putin arasında telefon danışığı baş tutub. İctimaiyyətə açıqlanan tərəflərini kənara qoysaq, böyük ehtimalla Ermənistandakı daxili vəziyyət də müzakirə edilib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri axar.az-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Ara Abramyanın başçılığı altında Ümumrusiya Erməni Diasporu Paşinyanın devrilməsi və bu mitinq üçün Köçəryana milyonlarla rubl göndərib:

“Bəzi mənbələrdə 30 milyondan söhbət gedir. Məbləğın bəzi hissəsi mitinqdə kütləviliyi təşkil edənlərə paylanılacaq. Bəs Paşinyan gedərsə, nə baş verəcək?

Rusiyaya yaxınlığı ilə seçilən qüvvələrin hakimiyyətə gəlişləri Qafqazdakı yeni proseslərə təsirsiz ötüşsə də, Xankəndi məsələsində Moskva və İrəvanın eyni xətt aparacaqlarına gətirib çıxaracaq. Bu, sülhməramlıların nəzarətindəki torpaqların de-fakto Donbas ssenarisinə yaxınlaşmasına gətirib çıxara bilər. Əgər hakimiyyətdə Paşinyan və ya Ter -Petrosyanın ideoloji görüşünü bölüşən şəxs olarsa, bu, Ermənistanın Xankəndi haqqında düşünmədən dövlətçiliyinin qorunması və gələcəyə baxmasına gətirib çıxara bilər. Hər halda Qarabağ ətrafında artıq danışıqların əsas tərəfi Ermənistan deyil, Rusiyadır”.

Politoloqun sözlərinə görə, Köçaryanın məqsədi bəllidir, o, Ermənistanın İvanişvilisi olmaq iddiasındadır:

“Top Baydendədir. ABŞ və AB Rusiya ilə geosiyasi mübarizə kontekstində indiki hakimiyyətə dəstək verməlidir. Əks halda Ermənistan suverenliyini tam itirəcək və 2025-ci ilə qədər Belarusiya ilə birlikdə Rusiyanın quberniyasına çevriləcək.

Digər tərəfdən, Ermənistandakı hadisələr avtomatik olaraq Qərb üçün Azərbaycanın dəyərini daha da artıracaq. Vaşinqton Bakı ilə münasibətlərdə ciddi addımlar atacaq. Bu isə ölkəmizin şimal və qərb istiqamətlərində manevr imkanlarını genişləndirəcək”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az