Bakıda yeni park salınacaq

Bakıda yeni park salınacaq

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” ASC paytaxtın Yasamal rayonunun Moskva prospektində (Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxasında) istifadəsiz qalmış 4 hektar ərazidə yeni istirahət parkının salınması üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair açıq tender elan edib.

Mediainfo.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyulun 3-ü, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 9-u, saat 18:00-a qədər vahid dövlət satınalmaları portalı vasitəsilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs Əhməd Məmmədovdur (Telefon: 496-52-05).

Tenderin nəticəsi iyulun 10-da, saat 11:00-da portalda açıqlanacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az