Şuşada əsir götürülən erməni qadın snayper Livana qayıtdı

Şuşada əsir götürülən erməni qadın snayper Livana qayıtdı

Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib.

Mediainfo.az xəbər verir ki, bu barədə erməni deputat Naira Zöhrabyan Feysbuk hesabında yazıb. O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb.

"Mediaport" Teleqram kanalı isə erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun səylərini vurğulayıb.

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az