"Sabiq nazir Əbülfəs Qarayev də məsuliyyətə cəlb olunacaq"

"Sabiq nazir Əbülfəs Qarayev də məsuliyyətə cəlb olunacaq"

Təəssüf ki, Azərbaycanda dövlətçilik təfəkkürü, siyasi mədəniyyət tam oturuşmayıb. Dövlətimizin yaşı azdır: 150-200 il yaşı olan ölkələrlə Azərbaycanı müqayisə edə bilmərik.

Bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “Yeni Müsavat”ın canlı efirində deyib. Politoloq sabiq Mədəniyyət naziri Əbülfəs Qarayevin məsuliyyətə cəlb olunması ehtimalı ilə bağlı suala belə cavab verib:

“İllərdir deyirdik ki, hüquq-mühafizə orqanlarında problemlər var. Artıq bir müddətdir islahatlara başlanılıb. Baş prokuror da dəyişdi və onun yerinə kifayət qədər peşəkar, korrupsiya ilə mübarizə üzrə böyük təcribəsi olan şəxs gətirildi. Düşünürəm ki, bu dəyişikliklər hazırda davam edən prosesə öz müsbət təsirini göstərəcək. Etiraf edək ki, sabiq nazir Azərbaycan mədəniyyətini iflic hala salıb. Kino, teatr, musiqi və s. sahələrimiz bərbad haldadır. Son proseslərdə Mədəniyyət nazirinin müavini həbs edildi. Şübhə etmirəm ki, istintaq ədalətli aparılacaq. Təbii ki, istintaq tərəfindən cinayət olduğu təsdiqlənsə, sabiq nazir Əbülfəs Qarayev də məsuliyyətə cəlb olunacaq. Mən də düşünürəm ki, nazirlikdə baş verən rüşvət və korrupsiya hallarından nazirin xəbəri olub”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az