1 ayda 190 min nəfər imtahanlarda iştirak edəcək

1 ayda 190 min nəfər imtahanlarda iştirak edəcək

1 ay ərzində 190 min nəfər imtahanlarda iştirak edəcək. Onların yarısı 11-ci sinif şagirdləridir.

Mediainfo.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərlə onlayn mətbuat konfransında deyib.

Qurum sədri bildirib ki, 11-ci sinifdə oxuyan məzunlar imtahanların ikinci mərhələsində iştirak edəcək: “9-cu sinifdə oxuyan 90 minə yaxın şagird də imtahanlarda iştirak edəcək”.

M.Abbaszadənin sözlərinə görə, bir ay ərzində təxminən 45 min nəfər hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib".

DİM sədri qeyd edib ki, bu gündən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: “İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

M.Abbaszadə koronavirus infeksiyasına qarşı tətbiq olunan tədbirlərə imtahanlara giriş və proses zamanı riayət edilməli olduğunu deyib:

“Tibbi maskadan istifadə, tibbi hərarətlərin yoxlanması, sosial məsafə qaydalarına ciddi nəzarət tətbiq olunacaq. Abituriyentlərin yoxlanması üçün xüsusi vaxt təyin olunub. Bu, sosial məsafənin qorunması üçündür. Valideynlərdən və şagirdlərdən xahiş edirik ki, buraxılış vəsiqələrində qeyd edilən vaxtda imtahan binasına yaxınlaşsınlar”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.11

2020.08.10

2020.08.09

2020.08.08

2020.08.07

Sabahın hava proqnozu Sabahın hava proqnozu 7 Avqust 14:47

2020.08.06

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az