Əbülfəs Qarayev xaricə getmək istədi, aeroportdan qaytarıldı

Əbülfəs Qarayev xaricə getmək istədi, aeroportdan qaytarıldı

Keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından xaricə getmək istəyərkən geri qaytarılıb.

Mediainfo.az yerli mətbuata istinadən xəbər verir ki, Əbülfəs Qarayev səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən hava limanının əməkdaşları tərəfindən saxlanıb və geri qaytarılıb. Keçmiş nazir xaricə səfərinin təxirə düşməməsi üçün hava limanında bir çox yerlərə zənglər etsə də, nəticəsi olmayıb.

Əbülfəs Qarayevin hansı səbəbdən geri qaytarılması məlum deyil.

Qeyd edək ki, bir müddət əvvəl Əbülfəs Qarayevin Mədəniyyət və Turizm naziri işlədiyi dövrdə nazirlikdə baş verən yeyintilərlə bağlı Hesablama Palatasının apardığı yoxlamalardan sonra Baş Prokrorluqda cinayət işi açılıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az