Diaspor nümayəndələri Şuşaya getdi

Diaspor nümayəndələri Şuşaya getdi

Avqustun 17-də Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) hazırda Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrupun Şuşa şəhərinə səfərini təşkil edib.

Bu barədə Mediainfo.az-a Komitədən məlumat veriilib.

Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor nümayəndələrinin, xarici jurnalistlərin və elm adamlarının Şuşaya, eləcə də işğaldan azad edilmiş digər rayonlara səfərlərini təşkil edir, bu səfərlər beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında rol oynayır.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət edəcəklər.

Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə diaspor nümayəndələrinə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, diaspor nümayəndələrinin iyulun 27-də Komitənin təşkilatçılığı ilə Şuşa şəhərinə ilk səfəri dünya azərbaycanlıları, eləcə də Azərbaycan ictimaiyyəti arasında böyük maraqla qarşılanıb və təqdir olunub.

Azərbaycan diaspor nümayəndələrinin Qarabağa 2-ci səfərində 26 ölkədən 102 diaspor nümayəndəsi iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xarici jurnalistlərin və diaspor nümayəndələrinin Qarabağa səfərləri mütəmadi olaraq həyata keçiriləcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az