Bibiheybət yolu gələn həftə açılır

Bibiheybət yolu gələn həftə açılır

Keçən il sürüşmə nəticəsində yararsız vəziyyətə düşən Bibiheybət yolunda hərəkətin bərpasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, yolun hər iki istinad divarında artıq tikinti işləri yekunlaşıb:

"Bu gündən yolun hərəkət hissəsinin bərpasına başlanılıb. Yaxın günlərdə asfaltlanma işləri görüləcək. Planlaşdırmışıq ki, növbəti həftədə Bibiheybət yolunu istifadəyə verək. Orada yamacın aşağısında və yuxarısında istinad divarları inşa olunurdu. Hər iki istinad divarında artıq tikinti işləri tamamlanıb".

Qeyd edək ki, Bibiheybət yolu ötən ilin noyabrında Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisindəki avtomobil yolunda çökmə olub. Hadisə nəticəsində yol yararsız vəziyyətə düşüb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az