Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən azad edildi

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı  Qoca Səmədov həbsdən azad edildi

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Mediainfo.az xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: "Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakı şəhərinə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürək əməliyyatına salınmalıdır. Hazırda klinikada bununla bağlı hazırlıq görülür".

Vəkil deyib ki, Qoca Səmədiovun vəziyyəti pisləşdiriyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az