“İt yiyəsini tanımır, hansı sosial məsafədən söhbət gedir?“ - Etiraz

“İt yiyəsini tanımır, hansı sosial məsafədən söhbət gedir?“ - Etiraz

Ermənistanda “COVID” testi adı altında soyğunçuluq həyata keçirilir. Bu işi biznesə çevirənlər isə millətin qanını içir.

Oxuməni.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son dönəmlər Ermənistanda bu tip hallar getdikcə geniş vüsət alıb.

İrəvanda yaşayan Anahit Manukyan adlı qadın, bu yaxınlarda qardaşının cənazəsinə qatılmaq üçün 8 gün əvvəl Moskvadan qayıtdığını bildirir. Anahit Manukyanın sözlərinə görə, İrəvandan Moskvaya uçanda 15 min dram ödəyib və testdən keçib. O bildirir ki, başqa ölkələrdə bu testlər pulsuzdur:

“Oğlum Almaniyada yaşayır və dövlət qulluqçusudur. Peyvənd olunmayıb və etməyəcək. Həftədə bir dəfə pulsuz PCR test keçirdiyini və bununla kifayətləndiklərini söyləyir. Nə peyvənd, nə də məcburi testlər. Burada, təyyarəyə minməzdən əvvəl, sözün əsl mənasında həmin testi burnumun dibinə gətirdilər. Aldıqları şəffaf şüşənin üstünə də adımı qeyd etmədilər. Onlar necə biləcək axı kim kimdir? Yəqin ki, artıq əhəmiyyətli deyil. Önəmli olan o anda ödənilən məbləğ və 5 dəqiqə sonra testə girənlərin hamısına verilən mənfi cavab idi”.

Anahit Manukyanın sözlərinə görə, “Zvartnots Hava Limanında” (İrəvanın ən böyük hava limanı-red.) baş verənlər, görünür ki, “COVID” adı altında soyğunçuluqdur:

“Çünki Moskvada heç kim testlə maraqlanmırdı. Onlar heç məni yoxlamadılar və bunu tələb etmədilər. 8 gün sonra, qayıdanda “Zvartnotsda” yenidən testdən keçməyim tələb edildi. 8 gün əvvəl bir test aldığımı söylədim, üstəlik koronavirusa yoluxdum, antitellərim var və s. Amma dediklərim heç kimə maraqlı deyildi. Üstəlik, içəriyə polis daxil oldu və heç kimin test olmadan çıxmaması üçün qapılar bağlandı. Eyni prosedurdan ikinci dəfə keçmək məcburiyyətində qaldım və yenidən 15 min dram ödədim. Orada 350-dən çox sərnişin var idi. İt yiyəsini tanımır, hansı maska, hansı sosial məsafədən söhbət gedir axı? 5 milyon 250 min dram dəyərində əsl sirk şousu idi” – deyə Anahit Manukyan əlavə edib.

Onun fikrincə ən dəhşətlisi sonda olan hadisə idi. Test cavabı heç kimə maraqlı deyil, diqqətin yalnız 15 min drama yönəldiyini söyləyir:

"Heç nə başa düşmürəm. Qayıdandan sonra evdə təcrid oluna bilərəmsə, niyə məni 8 gündə iki dəfə test verməyə məcbur edirlər? Yalnız test üçün 30.000 dram verməküçün pensiya alıram mən? Məgər bu dövlət o təqaüdçünün nə ilə yaşayacağını bilmir? Övladlarımın dəstəyi olmadan, necə dolanacağımı heç bilmirəm."

Təqaüdçü qadın təyyarələrin pis vəziyyətindən də məyus olduğunu bildirib:

"Təyyarədə ağladım. Bütün ərazidə bir dənə də olsun normal təyyarə görmədim. Başqa ölkələrdən, o cümlədən Rusiyadan gələn təyyarələrin yanında çox çirkli və natəmiz görünür bizim təyyarələr. Özümü bir növ incidilmiş və alçaldılmış hiss edirəm. "Nə olub axı bizə?"

“İrəvan-Moskva reysi üçün 110 min dram ödədim. Bileti çox çətinliklə almışam. Ancaq təəccüblü olan budur ki, təyyarə demək olar ki, boş qalxdı. Qayıdış üçün daha ucuz məbləğ ödədim - 4500 rubl. Bu da təxminən 30.000 dram edir ki, bu qiymət də İrəvanda keçdiyim iki testin qiyməti qədərdir.”

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az