“Dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır” - “Gözəl olmasa belə...“

“Dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır” - “Gözəl olmasa belə...“

Azərbaycanda bu ilin 9 ayında 13 min nikah pozulub. Boşananların çox olmasının əsas səbəbi kimi izdivaca girən gənclərin təcrübəsizliyini əsas göstərilir. Mütəxəssislər hesab edir ki, gənclər bir-birini yaxşı tanımadan, xarici gözəlliyə aldanaraq evlənir, sonra isə ailələri dağılır.

İnsanlar xarici görünüşü əsas götürməlidir, yoxsa daxili gözəlliyi?

Mediainfo.az xəbər verir ki, Hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı Yenisabah.az-a həm xarici, həm də daxili gözəlliyə üstünlük verilməli olduğunu bildirib:

“Mən gənc olsaydım, həm gözəlliyə, həm də ağıla üstünlük verərdim. Yəni hər ikisinin gözəl olması əsasdır. Bu iki özəllik birlikdə olduğu zaman ailə həyatı quracağın insan səninlə yaxşı və pis gündə, xəstəlikdə, sağlıqda birlikdə olur.

Ən vacib məqam gənclərin qarşılarındakı insanı yaxşı tanımasıdır. Eyni zamanda, ailələr bir-birinə uyğun olmalıdır. Bu çox vacib amillərdən biridir. Hər iki tərərfin ailəsi bir-biri ilə normal münasibətdə olmalıdır”.

N.Cəfəroğlu əsl sevginin heç vaxt bitmədiyini bildirib:

“Əgər iki insan arasında əsl sevgi varsa, onların qurduğu ailə heç vaxt dağıla bilməz. Elə insanlar var ki, gözəlliyi olmasa belə düşüncəsi, danışığı o qədər gözəl olur ki, həmin adamın özünü aparmasına, düşüncəsinə, sənə qarşı olan hərəkətlərinə vurulursan.

Əsl sevgi heç vaxt bitmir. İndi dağılan ailələr bir anlıq həvəs naminə qurulanlardır”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az