Koronavirus Azərbaycanda daha 31 nəfəri öldürdü

Koronavirus Azərbaycanda daha 31 nəfəri öldürdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

Mediainfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 582 min 504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 min 354 nəfər müalicə olunaraq sağalıb, 7 min 767 nəfər vəfat edib, aktiv xəstə sayı 27 min 383 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 210, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 497 min 719 test aparılıb.

Ölkədə son sutkada koronavirus əleyhinə 30 min 893 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 min 213, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 min 935 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 milyon 426 min 930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 67 min 433, ikinci mərhələ üzrə 4 milyon 549 min 652, “buster” doza üzrə isə 809 min 845 nəfər təşkil edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az