Rasim Əhmədli həbs edilərək məhkəmə qarşısına çıxarılacaq

Rasim Əhmədli həbs edilərək məhkəmə qarşısına çıxarılacaq

Əvvəllər bir neçə maddə ilə məhkum olunmuş Rasim Əhmədli İkram oğlu Cinayət Məcəlləsinin 178.1-ci maddəsilə dövlətlərarası axtarışdadır.

Mediainfo.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, R.Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, Rasim Əhmədli adlı şəxs özünü Fövqəladə Hallar Nazirliyinin polkovniki kimi qələmə verərək Türkiyənin Marmaris bələdiyyəsinin rəhbəri Mehmet Oktay ilə görüşüb, ona hətta FHN rəhbəri general-polkovnik Kəmaləddin Heydərovun adından hədiyyə də təqdim edib.

O, görüş zamanı ötən ilin iyulunda Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN əməkdaşı olaraq şücaət göstərdiyini bildirib və buna görə bələdiyyə sədri tərəfindən təltif edilib. Rasim Əhmədli bələdiyyə rəhbərliyini aldatsa da, onun yalanı çox çəkməyib. Artıq FHN də məsələ ilə bağlı açıqlama yayaraq belə bir şəxsin nazirliyin əməkdaşı olmadığını təsdiqləyib.

Sözügedən şəxs Ukraynada da fırıldaqçılığa əl atıb, özünü qazi kimi təqdim edərək, müxtəlif məbləğlərdə vəsaitlər əldə edib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az