Sabah Azərbaycan ərazisində güclü külək əsəcək, qar yağacaq

Sabah  Azərbaycan ərazisində güclü külək əsəcək, qar  yağacaq

Yanvarın 20-də Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir.

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Tibbi-meteoroloji xəbərdarlığa gəlincə, Abşeron yarımadasında güclü xəzri küləyi fonunda yağıntılı və soyuq doskomfort hava şəraiti gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az