Kliniki Tibbi Mərkəzdə yalnız koronavirus xəstələri müalicə olunacaq

Kliniki Tibbi Mərkəzdə yalnız koronavirus xəstələri müalicə olunacaq

Kliniki Tibbi Mərkəz (KTM) koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

Bu barədə Mediainfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Kliniki Tibbi Mərkəz pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hal-hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib. Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər", məlumatda bildirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az