Maska taxmayanlar 400 manat cərimə ediləcək

Maska taxmayanlar 400 manat cərimə ediləcək

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.

Mediainfo.az xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilir.

Yeni redaksiyaya görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, ölkə üzrə karantin rejimi 1 avqusta qədər uzadılıb. Buna qədər isə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilirdi.

Qanun layihəsini şərh edən spiker Sahibə Qafarova bildirib ki, son vaxtlar koronavirusa yoluxanların sayı artıb:

“Bunun səbəbi karantin rejiminin qaydalarına əməl etməməkdir. Ona görə də bu qanunda cərimə sanksiyalarının artırılması nəzərdə tutulub”.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az