Saqqız çeynəmək ağız boşluğuna texniki təmizlik verir

Saqqız çeynəmək ağız boşluğuna texniki təmizlik verir

Bəzən ağızdan gələn qoxudan azad olmaq üçün, bəzən də müxtəlif səbəblərlə əlaqədar saqqız çeynənilməsi ilə rastlaşırıq. Hazırda saqqızın fərqli dada malik çoxlu çeşidi var. Uşaq və gənclər ondan çox istifadə etsələr də, mütəxəssislər uzun müddət saqqız çeynəməyi tövsiyə etmirlər.

Bakının Xətai rayonundakı 8 nömrəli uşaq poliklinikasının həkim–stomatoloqu Kamil İsayev Mediainfo.az-a deyib: “Saqqız çeynəməyin bir faydası varsa, zərərli təsirləri daha çoxdur. Onun faydası diş fırçası və məcunu olmadığı şəraitdə ağız boşluğuna nisbətən mexaniki təmizlik vermək üçün istifadə olunmasındadır. Digər bir tərəfdən onun beş dəqiqədən artıq çeynənilməsi məsləhət deyil”.

Saqqızı ağız boşluğunda çox saxlayanda onun tərkibindəki bəzi kimyəvi maddələr parçalanır, nəticədə mədə-bağırsaq sistemində problemlər yaranır. Həkimin dediyinə görə, onun tərkibində olan müəyyən qatqı maddələri - konservantlar, boya və dad verən maddələr uşaq orqanizmi və hamilə qadın üçün çox ziyanlıdır. Saqqız çeynənən zaman əmələ gələn metanol qazı göz və sinirlər üçün çox zərərli toksik maddədir.

Həkimlər bildirirlər ki, saqqız əvəzinə arı mumu çeynəmək daha məqsədəuyğundur. Tərkibində propolis olduğuna görə təkcə damaq və dişə deyil, bütün orqanizm üçün faydalıdır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az