Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

Şənbə günü Azərbaycanda müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mediainfo.az-a verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil ecdəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-də Bakıda və Abşeron yarımadasında temperaturun iqlim norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək

Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az