85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

85 mindən çox şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin olunub

Ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Mediainfo.az-a verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyalar, ötən ilin son aylarında isə müavinət və təqaüdlər üzrə elektron təyinat sistemi (ümumilikdə 21 e-təyinat sistemi) işə salınıb.

Cari ilin 1 iyul tarixinə olan məlumata əsasən, həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 85 mindən çox şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb. Onlardan 25100 nəfərə e-qaydada pensiya, 60 min şəxsə e-qaydada müavinət və təqaüd təyin olunub.

Qeyd edilən e-təyinat sistemləri vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman onlara proaktiv qaydada xidmət göstərməyə imkan yaradıb. Nəticədə həmin şəxslər hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan onlara müvafiq sosial təminat növləri üzrə e-təyinatlar həyata keçirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.14

Pompeo Vyanada Pompeo Vyanada 14 Avqust 09:50

2020.08.13

Sabahın hava proqnozu Sabahın hava proqnozu 13 Avqust 14:30

2020.08.12

Livanda gərginlik artır Livanda gərginlik artır 12 Avqust 11:31
Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az