Türkiyənin şimalında mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 28-ə çatıb.
Mediainfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
O bildirib ki, hazırda daha 11 nəfər yaralı var.
***
Türkiyədə mədəndə baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a yüksəlib.
Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Qeyd edək ki, partlayış ötən gün Türkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində baş verib.
***
Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 41-ə çatıb.
***
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca İstanbulda müalicə alan mədən işçilərini ziyarət edib.
O bildirib ki, İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır. Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var.
İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub.