Deputat: “Kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”

Deputat: “Kafe və restoranlarda sulu qəlyana narkotik qatırlar”

"Azərbaycanda bir sıra kafe və restoranlarda sulu qəlyana gizlicə narkotik vasitə qatırlar".

Bunu deputat Araz Əlizadə bu gün Milli Məclisdə keçirilən "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" adlı Dəyirmi masada bildirib.
O, ölkədə hər yerdə sulu qəlyanın qadağan olunmasını təklif edib: "Bir sıra yerlərdə sulu qəlyan vasitəsi ilə ölkədə narkotikin yayılmasına şərait yaradırlar və bununla da biznesini genişləndirirlər. Ümumiyyətlə sulu qəlyan tütündən daha təhlükəlidir, daha çox virus daşıyıcısıdır. Deyirlər ki, onu çəkən zaman müştüyü dəyişdirilir. Müştük dəyişsə də, boru dəyişmir və bu da infeksiyanın yayılmasında fəal vasitədir. Turistlərin bundan narazı qalmasından qəti narahat olmaq olmaz. Ona qalsa turistlər üçün Avropada olduğu kimi tiryəkxana da açmalıyıq?".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az