“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunub

Milli Məclisdə "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" mövzusunda dəyirmi masa keçirilib.

Apa-nın məlumatına görə, parlamentin İnsan hüquqları komitəsi, Əmək və sosial siyasət komitəsi tərəfindən təşkil olunan tədbirdə deputatlar, bəzi nazirliklərin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

MM-in sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunsa da, ikinci oxunuşda bir sıra düzəlişlər edilib ki, bu da cəmiyyətin maraqlarına cavab verir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, birinci oxunuşdan keçən qanun layihəsi günün ən aktual problemlərindən birinə həsr olunub: "Tütündən istifadə arzuolunan deyil. Cənab perzident də bu yaxınlarda çıxışında özünü nümunə göstərərək bildirdi ki, siqaret çəkmək məsləhətli deyil. Biz də buna qoşulmayılıyıq. Sulu qəlyanlarla bağlı məsələ layihədə öz əksini tapıb. Qapalı yerlərdə də siqaret çəkilməsi məsələsi mübahisə mövzusu idi. Qanunun işlək olmasını istəyiriksə, o zaman irəli sürülən tələblərə ciddi riayət etmək lazımdır".

Deputat Musa Quliyev təklif edib ki, qanun layihəsində televiziyalarla yanaşı, çap və onlayn mediada da tütün əleyhinə kampaniyaların aparılması şərt kimi qoyulsun.

Deputat Sona Əliyeva isə valideynlər qarşısında uşaqların siqaretə meyllənməsinə görə məsuliyyətin formalaşdırılması məsələsini qaldırıb: "Praktika göstərir ki. ölkəmizdə erkən yaşdan siqaretə meyllilik artır və vərdişə çevrilir".

Sonda B. Muradova "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşda plenar iclasa tövsiyə olunmasını təklif edib və təklif səsə qoyularaq qəbul olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az