Spiker: “Heç qorxağa oxşamırsan...“

Spiker: “Heç qorxağa oxşamırsan...“

Deputatı mandatdan məhrum etmə ilə məhkəmənin səlahiyyətini əlindən almış oluruq. Biz biz bunu qəbul etsək, Konstitusiyanın 90-91-ci maddələrini götürmüş olarıq.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçiriləcək plenar iclasında "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, deputatın davranışına münasibət zavod rəhbərliyinin işçisinə olan münasibət kimi olmamalıdır:

"Belə olarsa, deputat hansısa məsələ ilə bağlı çəkinəcək. Dünya praktikasında da buna həssas yanaşırlar. Bütün bunlar nəzərə alınmalıdır".

Spiker Oqtay Əsədov isə Z.Oruca belə cavab verib: "Heç qorxağa oxşamırsan, görürsən, danışırsan".

Deputat Tahir Kərimli çıxışında deyib ki, qanun layihəsində bəzi məsələlər izah edilməlidir: "Layihədə "kobud pozuntu" ifadəsinə rast gəlinir. Bu nə deməkdir? Deputat bilməlidir ki, kobud pozuntu hansı hallarda baş verir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az