Mikayıl Cabbarov: “Xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır”

Mikayıl Cabbarov: “Xarici dillərin tədrisinə ayrılan saatlar artırılmaldır”

"Azərbaycanda fənn kurrikulumlarının valideynlər tərəfindən mənimsənilməsi üçün maarifləndirmə işi gücləndirilməlidir".

Bunu Təhsil naziri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxşı zamanı deyib. O bildirib ki, məktəb proqramları vaxtaşırı yenilənməli, şagirdlərə elmlərin əsasları dərindən öyrədilməli, məktəblərdə alınan biliklər həyatda tətbiq edilməlidir.

Nazir qeyd edib ki, ölkədə ibtidai təhsildə məntiqli düşüncə, ümumi savad və həyati vərdişlərin öyrədilməsinə, ana dili və riyaziyyatın tədrisinə önəm verilməlidir. Onun sözlərinə görə, xüsusi diqqət xarici dillərin tədrisinə də yönəlməli, onlara ayrılan saatlar artırılmaldır: "Qloballaşma şəraitində gənclərin bir neçə dili bilməsi əhəmiyyətlidir. Bu gün iş yerlərini İKT olmadan da təsəvvür etmək mümkün deyil. Beynəlxalq araşdırmalarla müəyyən edilib ki, kütləvi İKT savadlılığının ölkəyə verdiyi xeyir sənaye sahəsinin verdiyi xeyirdən bir neçə dəfə çoxdur. Buna görə, İKT bacarıqları insanın inkişafı üçün aparıcı amillərdən hesab edilir. Gənclərin vətəndaş kimi formalaşmasında, hər bir məktəblinin vətənə məhəbbət hissi, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzmi ruhunda tərbiyə olunmasında milli ruh, özünüdərk hisslərinin aşılanması mühüm əhəmiyyəyt kəsb edir".

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az