Adi dazı otu (zveroboy) insanı möcüzəli şəkildə müalicə edir

Adi dazı otu (zveroboy) insanı möcüzəli şəkildə müalicə edir

Depressiya, təşviş pozuntusu, əsəb gərginliyi keçirən, həyatdan zövq almayan insanlarda beyində serotonin hormonunun miqdarını artırmaq, yəni bir növ insanı süni yollarla xoşbəxt hisslər keçirməyə sövq edən antidepressantlar adlı preparat yazılır.

Oxuməni.az xəbər verir ki, əgər siz də bu həddə çatmısızsa, antidepressant qəbuluna keçməzdən öncə bu bitkinin dəmləməsi və məhlulunu içməyi sınayasız. Adi dazı otu (zveroboy) adlı bu dərman bitkisi hələ İbn Sina, Hippokrat tərəfindən nevralgiyaların müalicəsində istifadə olunurdu. Antidepressant təsiri ilk dəfə 1652- ci ildə Nikols tərəfindən icad edilib və bu ot tərkibli vasitələr antidepressant kimi tətbiq olunub. Bitkinin aktiv maddəsi hiperisindir, serotonini aktivləşdirir. Qanda serotonin artdıqda, əhval qalxır, qəm-qüssə dağılır, insan yaşamaq eşqi ilə alışır, yuxusu normallaşır. Elə hazırda da bir çox damcı və dərmanların tərkibində dazıotu var. 10 qr quru bitkinin üzərinə 1 stəkan qaynar su əlavə edib, 40 dəqiqə dəmə qoyursuz. Süzüb, alınan məhlulu gündə 6 dəfə olmaqla yeməkdən sonra 1 xörək qaşığı olmaqla içib bitirirsiz. 10 yaşından yuxarı uşaqlara vermək olar. Hamilələr ehtiyatlı olsun. Dazıotu təkcə əsəblər üçün yox, mədə-bağırsaq, böyrəklər, ginekoloji orqanların iltihabı üçün də əvəzsizdir.

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az