Norveçli iştirakçı “Avroviziya“ təmsilçimizə aşiq olub - Video

Norveçli iştirakçı “Avroviziya“ təmsilçimizə aşiq olub - Video

Son günlər "Avroviziya" Mahnı Müsabiqəsi ilə bağlı müzakirə olunan məsələlərdən biri də norveçli iştirakçı TIX-in təmsilçimiz Samirə Əfəndiyə heyranlığıdır.

Mediainfo.az xəbər verir ki, xarici yutub kanalları artıq onlar arasında eşq olduğunu iddia etməyə başlayıb. TIX-in müsahibə verən zaman “Mata Hari” mahnısını eşidərək dərhal rəqs etməsi, daha sonra Samirə Əfəndi barədə “Mən onu çox bəyənirəm” ifadəsini işlətməsi böyük maraqla qarşılanıb. Hətta daha sonra o, Azərbaycana və Samirə Əfəndiyə mahnı həsr edib və ona gül buketi ilə hədiyyə göndərərək, “Mənim qəlbim sənə aiddir”,-notunu qeyd edib.

Samirə Əfəndi isə öz növbəsində TIX-in bu cəhdlərindən sonra onun üçün mahnı səsləndirib. Həmçinin TIX-ə xüsusi məktub göndərib. Məktubda, “Sən mənimlə hara getmək istəyirsən: nahara, Bakıya, yoxsa möhtəşəm finala?”,-sözlərinə yer verilib. TIX isə bunların hər üçünü etmək istədiyini bildirib.

Videogörüntüləri təqdim edirik:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az